Friday, April 15, 2016

MN: Azərbaycan ordusu Xocavəndi tutmayıb


“Ordumuz azad etdiyi mövqelərin heç birini tərk etməyib”.
“RİA Novosti-nin Xocavəndin (Martuni) azad edilməsi barədə yaydığı xəbər həqiqəti əks etdirmir. Azərbaycanın hərbi qüvvələri Ermənistanın ilhaq etdiyi və bu gün də işğal altında saxladığı həmin şəhərə girməyib”.
Oxu.Az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindənvirtualaz.org-un redaksiyasına göndərilən bəyanatda belə deyilir.
Bəyanatda daha sonra deyilir ki, Azərbaycan ordusu son hərbi əməliyyatlar zamanı azad etdiyi mövqelərdə qalıb və onlardan heç birini tərk etməyib.
Xatırladaq ki, bir müddət əvvəl RİA Novosti Qarabağa ezam olunmuş xüsusi müxbirinin reportajını yaymışdı. Reportajda işğalçı ordunun tank batalyonunun komandir müavininə istinadən bildirilirdi ki, dörd günlük müharibə zamanı Azərbaycan ordusu qısa müddətə Martuni (Xocavənd) şəhərini də tutubmuş...

0 коммент.: