Tuesday, May 17, 2016

Suyun qiymətinin bahalaşma səbəbi

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edib ki, 2011-ci ilin fevral ayındakı tarif dəyişikliyindən sonra "Azərsu"da orta əmək haqqı 290 manatdan 435 manata qədər qalxıb
: "Eyni zamanda, işçilərimizin sayı 3 min nəfərdən çox olub ki, bu da əmək haqqı fondunun 2 dəfədən çox artmasına, həmçinin büdcə öhdəliklərini 1,9 dəfə, Dövlət Sosial Müdafiə Fondu qarşısında olan öhdəlikləri 2,6 dəfə artırıb. Bundan başqa, elektrik enerjisinə çəkilən xərclərimiz 3 dəfədən çox artıb, mal-materialın, yanacaq-sürtgü materiallarının, maşın və xüsusi texnikanın, o cümlədən onların ehtiyat hissələrinin artması da "Azərsu" ASC-nin xərclərini çoxaldıb. Bu xərcləri qarşılamaq üçün "Azərsu" su və kanalizasiya tariflərinə yenidən baxılması üçün məsələni hökumət qarşında qaldırıb".
A. Cəbrayıllının sözlərinə görə, "Azərsu" ASC-nin apardığı araşdırmalar göstərir ki, 180 ölkə arasında su və kanalizasiya xidmətlərinin xərclərinə görə, Azərbaycanda qiymətlər 24 ölkədəkindən baha, qalanlarından isə aşağıdır. "Bununla yanaşı, bu ölkələrin bəzilərində suyun maya dəyəri çox aşağıdır. Nəzərə almaq lazımdır ki, Bakı şəhərinə su 264 km uzaqda yerləşən Oğuz və Qəbələdən, 180 km uzaqlıqda olan Kür çayından gətirilir".
Eyni zamanda əhalinin 24 saat fasiləsiz su ilə təminatı ilə bağlı görülən işlər elektrik enerjisi xərclərinin, işçilərin əmək haqlarının artmasına səbəb olub ki, bu da qiymət artımını şərtləndirib".

0 коммент.: